Avropada qaz Tramp-Putin sammiti ərəfəsində sürətlə ucuzlaşır
- 15-08-2025, 14:29
- 534
Bu barədə “RBK-Ukrayna” “Bloomberg”ə istinadən yazıb.
Amsterdamda ticarət olunan qaz fyuçersləri ayın əvvəlindən təxminən 10 % ucuzlaşaraq maydan bəri ən aşağı səviyyəyə çatıb.
Treyderlərin az bir qismi Rusiya boru kəməri qazının Avropaya qayıdışını qaçılmaz hesab etsə də (hətta Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunsa belə), Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi qlobal təchizata əhəmiyyətli təsir göstərə bilər.
Hazırda Avropaya qaz əsasən ABŞ və Qətər kimi uzaq ölkələrdən daxil olunur.