Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək
- 11-08-2025, 16:44
- 306
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə ilk rəsmi səfər edəcək.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.