Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı…
- Dünən, 14:32
- 88
Hadisədən bir həftə ötüb. Lakin Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşən mərhumun ölümünə görə məsuliyyətə cəlb edilən olmayıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Ancaq qurumdan hadisə ilə bağlı kimin məsuliyyət daşıdığı açıqlanmır.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Lakin Bakı Su Kanal İdarəsi hər hansı izahat vermək belə istəməyib. Halbuki bir gəncin faciəsindən söhbət gedir. Bakı Su Kanal İdarəsinin hazırkı rəisi Rauf Osmanovdur.
O, bu vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi olub.
Əslində, Cümşüdün ölümündən sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Osmanovu işdən azad etməliydi. Çünki bu qurum əraziyə cavabdehdir. Lakin heç bir rəsmi məlumatla çıxış etməyib.(XALQ)