Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,4 milyona yaxın zərərli elektron poçt bloklanıb

Gündəm / Cəmiyyət


Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 455 min 124 elektron məktubu emal edib.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, onlardan 6 milyon 103 min 281-i istifadəçilərə çatdırılıb, 1 milyon 351 min 843-ü isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Təkcə II rübdə 643 min 971 zərərli tərkibli məktub bloklanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.