Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
- Dünən, 09:20
- 129
Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavator yanıb. Hadisə Aran qəsəbəsində, keçmiş hərbi hissə olmuş ərazinin yaxınlığında baş verib. Xəbərdə bildirilir ki, ekskavator ərazidə icazəsiz söküntü işləri aparırmış.
Xəbərdə bildirilir ki, dövlətə məxsus texnikadan Gülmalıyev Nizami İsmayıl oğlu idarə etməli olduğu halda İdarənin rəisi Ariz Mikayılovun bibisi oğlu Ədilzadə Nicat İntiqam oğlu idarə edib. Onun texnikanı idarə etmək hüququ olmayıb. Söküntü işləri aparılan zaman dəyəri 100 min AZN-dən artıq olan texnika tamam yanıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, hadisə ilə bağlı hazırda Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Yeni Sabah