Vüqar Mustafayev Müdafiə Sənaye Nazirliyini geri aparır? - Nazirliyin inkişafına ayrılan 1 milyard manat hara xərclənib? İDDİA
- 20-06-2025, 10:37
- 181
TEREF yazır ki, bu iddialarla bloqumuza şikayət məktubu ünvanlayan müəllif İqbal Ağazadə çıxış edir. İqbal Ağazadə daha sonra
bəzi faktlara toxunaraq yazır:
"Şikayət və narazılıq edən işçilərə baxın sizinlə bağladığınız əmək müqaviləsini onlarlada bağlamışıq əmək haqqı fərqiniz yoxdu amma, əməkhaqqı hesablanmasında bonus və mükafat şəklində öz kadrlarına yazılan əməkhaqqının min 1,5-2 misli qədər artıq alırlar. Bu haqsızlıqdan narazı olan mühəndislər və texniki işçilərə biz Zireh MMC olaraq bizlik deyil tabe olduğumuz Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti təyin edir. Bundan əvvəl altı İstehsalat birliyi vardı və hər birinin tabeliyində azı 2-3 zavod fəaliyyət göstərirdi amma indi bütün birlikləri ləğv edib iki qurum yaradıblar biri Azərsilah digəri isə Zireh MMC. Hansı zavod hansı müəssisəyə tabedir bilinmir bir sözlə ara qarışıb məsdəv itib nə istehsalat fikirləşən var nədə Dövlətin bu zavotlara verdiyi Dövlət proqramından məqsədləri guya öz aləmlərində lahiyələr yaradıb cibləri yaxşıca pul doldurmaqdır. 2024 cü il Cənab Prezidentimiz Müdafiə Sənayesi Nazirliyinin inkişafı üçün 1 milyard manat pul ayırdı amma həmin puldan bir manat belə müəssələrin inkişafı üçün pul ayrılmadı. Təsəvvür edin müdafiə təyinatlı zavodlar 60-70 ci illərin dəzgahları ilə işləyir hamısı xətalı gündə bir yeri sıradan çıxan dəzgahlardı. Bəs sual yaranır Cənab Prezidentimiz İlham Əliyev müdafiə sənayesinin inkişafı üçün ayrılan 1 milyard hara getdi nəyə xərcləndi kimin cibinə getdi. İnkişaf Azərsilahla QSC və Zireh MMC yaratmaq idisə bu inkişaf deyil Vüqar Mustafayev.
2025 ci ildə Cənab Prezidentin Sərəncamı ilə minimum əməkhaqqının 400 manat olmaqla ölkənin hər yerində faliyyət göstərən bütün müəssisələrdə yanvar ayından əməkhaqqı 10-15 faiz artırıldı amma, ilin çıxmağına 6 ay qalıb amma, hələdə Müdafiə Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən zavodlarda əmək haqqı 1 faiz belə qalxmayıb nə Azərsilah QSC nədə Zireh MMC Prezidentin Sərəncamına məhəl qoymayır. Zavodlarda işləyən tornaçı, frezçi, fəhlə sinifinin hər ay əməkhaqlarını iş yoxdur deyib kəsirlər amma özlərini istehsalatdan bixəbər iqtisadçı kadrlarına hər ay əməkhaqlarının 2 -3 misli bonus və mükafat verə bilirlər.
Daha ətraflı növbəti yazıda inanırıq ki bu barədə ciddi tədbir görüləcək
İqbal Ağazadə"
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF