Qalmaqallı rektorun ucuz piar cəhdi-FOTOFAKT
- 2-06-2025, 09:00
- 232
Ekspertlər bu halı “ucuz piar”, “şişirdilmiş təşəbbüs” və “populizm” kimi dəyərləndirir. Ekspertlərə görə, sadəcə bir şagirdin tədbirə qatılmasını rektor səviyyəsində təşviqat predmeti etmək universitetin təbliğat siyasətində ciddi boşluqları və cəmiyyətə təqdim edə bilmək üçün akademik uğurlarının olmadığını üzə çıxarır.
Hesab edirik ki, bir məktəblinin universitetdə təşkil edilən səminarda iştirakı xüsusi təbliğata çevrilməməli və rektor səviyyəsində təqdim olunmamalıdır. Ölkədə hər gün onlarla belə təşəbbüslər reallaşır. Hətta heç bir vəzifə daşımayan sadə vətəndaşlar müxtəlif gənclərin təhsilinə maddi və mənəvi dəstək verirlər.
Belə bir şəraitdə, elm və təhsildə real nailiyyətlər əvəzinə xırda hadisələri şişirtmək universitet rəhbərliyinin populist yanaşmasını ortaya qoyur. Bu, real elmi nəticələrin yoxluğunu ucuz reklam üsulları ilə ört-basdır etmək cəhdidir.
Qeyd edək ki, BSU-nun rektoru Anar Nağıyev mətbuatın gündəminə dəfələrlə müxtəlif qalmaqallarla gəlib və onun ünvanına ciddi ittihamlar səsləndirilib.
Görünür, bu cür ucuz piar siyasəti ilə qalmaqallı rektor özünə müsbət ictimai imic formalaşdırmağa çalışır.
Lakin yaxşı olardı ki, bu cəhd sadə bir Azərbaycan məktəblisinin üzərindən edilməzdi.
Cəmiyyət universitetlərdən real akademik nailiyyətlər gözləyir. Tək-tük tədbirlərə gənc iştirakçıların cəlb olunması isə gündəmi doldurmaq üçün vasitəyə çevrilməməlidir.
//Mahir Ağa, Editor.az