Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
- 27-05-2025, 11:49
- 235
Ləğv olunan tender çərçivəsində 19 litrlik polikarbonat qablaşdırılmış içməli sudan 23.100 ədəd satın alınması planlaşdırılırdı. Ehtimal olunan satınalma məbləği 51.051,00 AZN təşkil edirdi.
Tenderə təkliflərin təqdim olunması üçün son tarix 10 aprel 2025-ci il saat 11:00 müəyyən edilmişdi. Həmin tarixdə eyni saatda zərflərin açılışı da nəzərdə tutulmuşdu.
Qeyd edək ki, tenderin ləğv olunma səbəbi rəsmi olaraq nəzarət orqanının qərarı ilə izah edilib, tam detallar açıqlanmayıb.