ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
- 23-05-2025, 10:32
- 660
Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən bildirib.
Onların məlumatına görə, ABŞ Prezidenti Donald Trampın danışıqçıları Avropa İttifaqının birtərəfli tarifləri azaltmasına çalışır.
“ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir Avropa Komissiyasının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçə Brüsselin hazırkı mövqeyinin Vaşinqtonu qane etmədiyini, eləcə də birlikdən təşəbbüslər gözlədiklərini deməyə hazırlaşır”, - mənbələr bildirib.
Ağ Ev Aİ ilə hər hansı bir razılaşmanın əldə edilməsi ilə bağlı "nikbin deyil" - tərəflərin mövqeləri həddindən artıq fərqlidir.