Paşinyan Albaniyaya işgüzar səfərə yollanıb

Gündəm / Dünya

 

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Albaniyada Ermənistan baş nazirinin beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.