Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var
- 24-04-2025, 11:14
- 666
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.