Türkiyədə mədən çökdü, 13 yaralı
- 10-04-2025, 09:43
- 202
Türkiyədə mədəndə çökmə baş verib.
Hadisə Ankaranın Beypazarı rayonunda qeydə alınıb.
Belə ki, çökmə nəticəsində 13 nəfər yaralanıb, onlardan 1-nin vəziyyəti ağırdır.
Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. İkisi isə Ankaraya aparılıb.
Qeyd olunub ki, hadisə zamanı mədəndə 29 işçi olub.