Azərbaycanda məktəb direktoru oğluna dəyəri yüz minlərlə olan toy etdi - Xalq artistlərinə fantastik qonarar ödənilib (VİDEO)
- 8-04-2025, 16:27
- 275
Xalq artistlərinin 20-25 dəqiqəlik səhnə alması üçün hər birinə 10-20 min arası qonarar ödənilib. Bununla yanaşı restoranda qonaqlar üçün nəzədə tutulan 1 nəfərlik menyunun qiyməti 220-280 manat arası dəyişib və digər texniki xərclərlə birlikdə toy mərasiminə xərclənən pul yüz minlərlə olub. İddialara görə, toyda 250 nəfərdən artıq qonaq olub. Onların 80 nəfərə yaxını təhsil ocaqının əməkdaşları olub.
Qeyd edək ki, sözügedən məktəb direktorunun adı mediada bir çox qalmaqallarda hallanır. Onun adı məktəblini döyməkdə, Siciliya Adalarında istirahətə getməsi və media üzərindən axtarış etsək barəsində bir neçə neqativ məlumatlara rast gəlmək mümkündür. ("Azərbaycan Reallığı")