Xəzər rayonunda “PLAY TOYS” mağazası səkini belə zəbt edib-Fotokfakt

Gündəm / Cəmiyyət

Bakının Xəzər rayonu  Binə qəsəbəsi Əli İsazadə küçəsində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.

Bu barədə XALQ.AZ-a müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox  Əl İsazədə küçəsinin mərkəzi hisssəsindədir.

Son zamanlar bir çox qanunsuz tikinti artırma işləri aparıllıb və piyada səkiləri zəbt olunub.
Digər bir məsələ isə “PLAY TOYS” mağazası piyada səkisində velosiped satışını həyata keçirir.

Sakinlərin sözlərinə görə Xəzər rayon icra hakimiyyətinə müraciət etsələrdə  heç bir tədbir görülmür.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan heç bir məlumat almaq mümkün olmadı.
 
Həmin fotoları oxuculara təqdim edirik: