Azərbaycanın Belqraddakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə bayraq endirilib

Gündəm / Cəmiyyət

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Belqraddakı səfirliyində bayraq endirilib.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar səfirliyin ərazisində dövlət bayrağı endirilib", - paylaşımda qeyd edilib.