İstanbul əhalisinə görə 131 ölkəni ötdü
- 7-02-2025, 19:16
- 517
Türkiyənin ümumi əhalisinin 18,3 faizini təşkil edən İstanbulda 7,82 milyon kişi və 7,88 milyon qadın yaşadığı qeyd edilir.
UNFPA-nın 2024-cü il məlumatlarına görə, İstanbul əhali ölçmələrinin aparıldığı 204 ölkə və bölgədən 131-ni ötüb.
Avropada 11,7 milyon əhalisi olan Belçika, 10,5 milyon əhalisi olan Çexiya, 10,3 milyon əhalisi olan Yunanıstan və 10 milyon əhalisi olan Macarıstan İstanbuldan geri qalan ölkələr arasındadır.
İstanbulun əhali sayına görə geridə qoyduğu ölkələr arasında İordaniya, İsrail, Tunis də olub.
Şəhərin əhalisinin sayı Aİ ölkələri Belçika, İsveç, Çexiya və Yunanıstanı, həmçinin Portuqaliya, Macarıstan və Avstriyanı ötüb.