Gürcüstanda üzü örtmək qadağan ediləcək

Gündəm / Dünya

 

Gürcüstan parlamenti mitinqlərdə üzləri maskalar və ya müxtəlif geyim əşyaları ilə örtməyi qadağan edən qanun qəbul edəcək.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Biz mitinq iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik", - deyə Kobaxidze qeyd edib.