Xəzər rayonunda biabırçı mənzərə - Şagirdlər məktəbə girə bilmir
- 6-12-2024, 17:33
- 384
Qeyd edək ki, məktəbin ətrafındakı yollar asfaltlansa da, bu binanın arxasındakı ikinci girişin olduğu küçəyə şamil edilməyib.
Sakinlər deyir ki, məktəbin qarşısı boş çöllük ərazidir, həmin yoldan ancaq uzaqdan maşınla gələn şagirdlər, valideynlər istifadə edir. Ətrafda yaşayanlar isə məktəbin arxasındakı yaşayış evlərindən gələnlərdir və böyük əksəriyyət ikinci girişdən istifadə edir. Deyə bilərsiniz ki, niyə birinci qapıdan daxil olmuruq. Səbəb odur ki, məktəbin həyətyanı sahəsi həddindən artıq böyükdür və birinci girişə getmək üçün əlavə 1-1,5 kilometr yol qət etməliyik. Bu şaxtada,yağışda qısa yolu qoyub bu qədər uşaq getməyi heç kim istəməz. Bu 100-150 metrlik hissəni asfaltlasalar uşaqlar da bu çirkabdan, palçıqdan qurtular.
Qeyd edək ki, ərazidə Heydər Əliyev Fondu tərəfindən 334 nömrəli məktəb ən müasir standartlarla tikilib təhvil verilib, 3 ildir ki, fəaliyyət göstərir.
Əraziyə həm də su xətti çəkilməyib. Həm məktəb, həm də qəsəbə sakinləri su çatışmazlığından əziyyət çəkir. Sakinlər deyir ki, suyun 1 tonunu 7 manata alırlar və yay aylarında 120-150 manat suya pul xərcləyirlər. Halbuki su xətti çəkilsə, onlar da hamı kimi 1 kubmetri 70 qəpikdən ala bilərlər.(Sitat.info)
Daha ətraflı təqdim etdiyimiz reportajdan izləyə bilərsiniz.