Türkiyədə iki deputat İSTEFA verdi
- 18-11-2024, 15:08
- 571
Deputatlar Camal Enginyurt və Salih Uzun Demokrat Partiyasından ayrıldıqlarını bəyan ediblər.
Cemal Enginyurt sosial media hesabında yayımladığı video ilə istefa qərarını açıqlayıb. "Cəsur bir ürək olmağa davam edəcəyəm", - o deyib.
Salih Uzun isə istefa səbəbini belə izah edib: "Mərkəz siyasətin tarixi ünvanı olmaq məsuliyyəti üzərinə hərəkət edilməyib. Türkiyənin gələcəyi ifrat siyasi yanaşmaların insafına buraxılmamalıdır. Mərkəz vacibdir".