Türkiyədə neft emalı zavodunda partlayış - 12 yaralı

Gündəm / Dünya

 Türkiyənin İzmit şəhərində “TÜPRAŞ” neft emalı müəssisəsinin ərazisində partlayış baş verib.

Hadisə zavodda planlaşdırılmış təlim zamanı qeydə alınıb.

Partlayışdan sonra yanğın baş versə də, qısa müddət ərzində nəzarət altına alınıb.

Bununla belə, insident zamanı 12 nəfər yaralanıb.