"Zelenski Varşavanı müharibəyə sürükləmək istəyir" - Polşalı nazir
- 4-11-2024, 17:00
- 448
Bunu Polşa hökumət başçısının müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski "Radio Zet"də açıqlamasında deyib.
"Zelenski Polşanın Ukrayna üzərindən Rusiya raketlərini vurmasını istəyir, bu o deməkdir ki, Polşa Rusiya ilə müharibəyə girsin", - siyasətçi deyib.
Qavkovskinin sözlərinə görə, Zelenskinin tələbləri Varşavaya çoxlu borcu olan bir ölkənin rəhbərinə yaraşmır. O xatırladıb ki, Polşa Ukraynaya hərbi texnika və humanitar yardım göndərib və Kiyevin maddi-texniki təchizatı üçün də mühüm əhəmiyyət kəsb edir.
Nazir əlavə edib ki, Zelenski Polşa hakimiyyətinə “təşəkkür etməli”dir.