DİN təsdiqlədi: "Gelandewagen"in sükanı arxasında Nail Allahverdiyev olub”
- 5-08-2017, 12:19
- 90 268
Bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edildiyini bildirib.
Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.