Xəzərin icra başçısı KİMƏ BELƏ GÜVƏNİR Kİ? - ÖZBAŞINALIQ!
- 14-09-2024, 11:26
- 700
Həmin yoldan istifadə edən şəxslər Pravda.az-a yenidən müraciət edərək bildiriblər ki, taxta konstruksiyadan ibarət qanunsuz tikili söküldüyü zaman nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti təmin edilsə də, bu, çox çəkməyib. Həmin ərazi yenidən zəbt olunub, bu dəfə isə alver açıq formada həyata keçirilir, paltar vitrinləri yolun kənarına düzülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işini görüb, qanunsuz tikilini söküb, əraziyə nəzarəti isə Xəzər RİH həyata keçirməlidir. Görünür ki, həmin taxta konstruksiyanın quraşdırılmasına da rayon rəhbərliyi göz yumub. Belə olmasaydı, yol kənarı yenidən zəbt edilməzdi. Hər kəsə bəllidir ki, müvafiq qurumların, o cümlədən icra hakimiyyətlərinin razılığı olmadan Bakıda daşı-daş üstünə qoymaq olmaz. Məsələni diqqətdə saxlayacağıq.
Qeyd: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən bu vəzifədədir.
VİDEO 1: https://www.youtube.com/shorts/dDkP_cSGGyg
VİDEO 2: https://www.youtube.com/shorts/_X7NGgwuVi4
VİDEO 3: https://www.youtube.com/shorts/sLDH4J3ipiA