Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb
- 4-09-2024, 17:51
- 539
Görüşdə şəhid Ramiz Cəfərovun qızı Nərgiz Cəfərova, şəhid Ramil Ağayevin qızı Aysun Ağazadə və şəhid Vüqar Yusifovun qızı Ayan Yusifzadə iştirak ediblər.
Qeyd edək ki, 21 nömrəli məktəbin məzunları Nərgiz Cəfərova Xəzər Universitetinə, Aysun Ağazadə Azərbaycan Dövlət İqtisad Universitetinə, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin məzunu Ayan Yusifzadə isə Azərbaycan Tibb Universitetinə qəbul olub.