Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır
- 7-08-2024, 17:21
- 635
İdmançımız bu mərhələdə Ukraynanı təmsil edən Azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.
P.Nəsibov 1/4 finalda qırğızıstanlı Amantur İsmayılova qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.