Bədəl Bədəlov dövlətdən oğurladıqları milyonları itirə bilər – ƏGƏR TƏFTİŞ OLUNARSA…
- 30-07-2024, 09:25
- 408
“Mən, 2017-ci ilin avqust ayında həkimlər tərəfindən ən ağır sayılan ürəyin sol mədəciyinin ön divarının miokard infarktını kecirmişəm. Bakı şəhəri Mərkəzi Klinik Xəstəxanasında əməliyyat olmuşam. Son diaqnozum "kompensasiya edilmiş ürək çatışmazlığı və işemik ürək xəstəliyi" olmuşdur.
Xəstəliyim ağırlaşdığına görə, hazırda Türkiyənin İstanbul şəhərində müalicə olunuram. Əlillik müddətinin uzadılması ücün müalicə olunduğum Türkiyədə Bezmialem Vakıf Universitetinin Səhiyyə, Praktika və Tədqiqat Mərkəzinin Kardiologiya kafedrasında keçən ilin mart ayında tələb olunan bütün ətraflı müayinələrdən keçmişəm. 2017-ci ildə Bakı Şəhəri Mərkəzi Klinik Xəstəxanasında müəyyən edilmiş, 5 il davam edən xəstəliyin diaqnozu təsdiq olunmuşdur. Müayinə rəyi notarial qaydada təsdiq edilib, apostil sənədi qeydiyyata alınıb və Azərbaycan Respublikasında tam keçerli sayılır.
Sənəddə hava nəqliyyatı ilə səyahət etməyin məsləhət görülməməsi barədə həkimin rəyi öz əksini tapmışdır. Bu səbəbdən, əlillik müddətinin uzadılması məsələsi ilə bağlı Bakı şəhərinə 2023-cü ilin oktyabrında yalnız həyat yoldaşım gələ bilib.
Təqdim etdiyim müayinə sənədləri Bakı Şəhəri 1 saylı Notariat Ofisində tərcümə edilir, 9 saylı şəhər poliklinikasının Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Xəstəliyimin davam etməsi barədə yuxarıda adı çəkilən səlahiyyətli tibb müəssisəsinin rəyi komissiyada baxılmamışdır(komissiyanın protokolu mövcüd deyil). Xarici dövlətdə olmağım səbəb kimi görülür. Eyni zamanda, mənim mütləq İstanbuldan Bakıya gələrək şəxsən sözügedən komissiyada iştirak etməyim barədə tələb irəli sürülüb.
Bildiyiniz kimi, olduqları ölkədən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları eyni Konstitusiya hüquqlarına malikdirlər və müxtəlif səbəblərdən ölkədən kənarda olan vətəndaşların bu hüquqları, o cümlədən əlillik hüquqları məhdudlaşdırıla bilməz. Türkiyədə xəstəliyimə görə, müalicə alıram, əlilliyimin uzadılması üçün Azərbaycana çağırırlar, ölkə xaricində də vətəndaşıq axı.
Onların bu qərarı məni çıxılmaz vəziyyətə salıb. İşemik ürək xəstəliyi sağalmır, sadəcə ağırlaşmasının qarşısı alınır. Bu da çətinliklə olur”.