Rusiya gəmisi bu ölkənin dəniz sərhədlərini pozdu

Gündəm / Dünya


Rusiya gəmisi Finlandiyanın dəniz sərhədlərini pozmaqda şübhəli bilinir. 

Bu barədə Finlandiya Müdafiə Nazirliyindəki mənbə açıqlayıb. 

"Söhbət Rusiyanın “Mixail Kazansky” tədqiqat gəmisindən gedir", - deyə qeyd olunub. 

Nazirlik rəsmisi gəminin Haminadan cənubda yerləşən Finlandiya ərazi sularına daxil olduğunu iddia edir: "Sərhəd keçidi sərhədçinin müşahidə sistemləri vasitəsilə qeydə alınıb. Gəmi sahil mühafizəsi patrulu tərəfindən də müşahidə edilib. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmi təxminən 1,2 dəniz mili qət edib".