Hacıqabul qətliamı ilə bağlı cinayət işi açıldı
- 31-07-2017, 17:38
- 59 523
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.
İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilmişdir.
Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışıdr. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.