SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib

İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib

Tarix:

19-06-2024, 16:43

/ 553 dəfə oxundu.
İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib


İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır.

Bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.

“Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik”, - diplomat jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.

“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - səfir bildirib.

Şərhlər

XƏBƏR LENTİ