İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıb
- 22-05-2024, 19:00
- 470
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləmək qalır: “Bu nöqtədə bildiyimiz odur ki, qəzaya pis hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu məsələni araşdırır və biz bu barədə şərh verə bilmərik”.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.