BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...
- 17-04-2024, 14:19
- 464
Bəli, çoxuna məlumdur ki, Nigar İsmayılzadə yayılan səs yazısı ilə ölkədə və tələbələr arasında populyarlaşıb.
Sonra BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb etmişdi. O zaman BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu. Amma ki nə fayda?! Hələ də öz işini davam etdirir. Yaponiyada belə skandal olsaydı, çoxdan dekan müavini də, onun vəzifə tutan qohumu da istefa verərdi. Çünki sivil ölkələrdə istefa mədəniyyəti var. Ancaq bizdə hərə "öz ayağından asılır" misalı var, hərçənd o da işləmir, İsmayılzadə sanki rüşvət tələb edən tərəf deyilmiş, özünü məsələyə "fransız" aparır.
Hətta Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışırdı. Yeri gəlmişkən, xanım
İsmayılzadənin intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri haqda mətbuatda çox deyilib. Amma onun MTN zabiti ilə işbirliyi nədən ibarət olub bəlli deyil. Hətta bundan sonra da İsmayılzadə yoluna davam edib, bir ara daha yüksək post eşqinə düşüb. Görünür, baş verənlər adi hal imiş. Əvəzində məhkəməyə verdiyi tələbə ölkəni tərk etmək məcburiyyətində qaldı.Belə olduğu halda cənab səfirə sualımız yaranır:- Bu repressiv davranışlar Yaponiya təhsilində ola bilərmi, cənab səfir Gürsəl bəy?
Nişad Mehdiyev
Rubrika.Az