“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli
- 15-04-2024, 12:17
- 1 238
Bunu Əməkdar artist Mətanət İsgəndərli qatıldığı teleproqramlardan birində deyib.
“Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, məşhur olmazdım. Boynum sınaydı bu sənətə gələndə.
Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Məşhur olmayan insanlara həsəd aparıram. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm”,- o bildirib.(Lent)