“Maşın bazarı”ndakı yanğın söndürülüb - YENİLƏNİB
- 13-04-2024, 15:06
- 541
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.
14:13
Bakının Nizami rayonu, Babək prospektində mağaza yanır.
Qeyd edilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri həyata keçirilir.