“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Gündəm / İdman

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində zərər çəkənlərin sayı 382 nəfərə çatıb.

Badisə ilə bağlı yaradılan Tibbi Mərkəzi məlubatı yayıb.

“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Əksəriyyətə, yəni 217 zərərçəkənə ambulator yardım göstərilib. Əvvəllər 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - deyə mənbə qeyd edib.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Silahlı şəxslər konsert zalına soxularaq tamaşaçılara atəş açıblar.(TASS)

Hadisə nəticəsində 143 nəfər ölüb.