Gürcü şirkəti qızıla görə BİZİ ZƏHƏRLƏYİR... - İctimai fəal həyəcan təbili çaldı...
- 16-02-2024, 14:51
- 619
D.Gülməmmədov vəziyyəttin nə qədər ciddi olduğuna işarə edərək, gərəkən qurumların da müdaxiləsini zəruri hesab edib. O, açıqlamasında daha sonra qeyd edib: "Hazırda Gurcüstanın Bolnisi və Marneuli, Azərbaycanın isə Qazax, Tovuz, Ağstafa və Səmkir rayonlarının su hövzələri, su quyuları sianidlə zəhərlənib. Gürcüstanın azərbaycanlılar yasayan bölgələrində xərçəng xəstəliyi yüksək sürətlə yayılmaqdadır. Bu o deməkdir ki, RMG Holding Gürcüstanın Bolnisi və Marneuli, Azərbaycanın Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonları ərazisində ekoliji genosid həyata kecirir. Bu isə burbaşa azərbaycanlı əhalinin genosidi deməkdir!
Avropa və Qərb təskilatlarinın cəlb etməklə boyük bir araşdirmaya start verdik.
RMG Holdingin azərbaycanlı və gurcü əhalisinin genosidinə son qoyulmalidir. İnsanlar, torpaq, su, təbiət qızıla gorə sianidlə zəhərlənməməlidir!"(Dia-az.info)