Şərqi Azərbaycan valisi öldü

Gündəm


Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin valisi Zeynalabdin Rzavi Xürrəm (Abdin Xürrəm) müalicə olunduğu İmam Rza xəstəxanasında həyatını itirib.

Bu barədə yerli media məlumat yayıb.

Xatırladaq ki, SEPAH komandirlərindən olan Şərqi Azərbaycan əyalətinin “Aşura” korpusunun komandiri, briqada generalı 58 yaşlı Abdin Xürrəm 2021-ci il oktyabrın 17-də vali vəzifəsinə təyin edilmişdi.