Prezidentdən Səməd Seyidovla bağlı - Sərəncam
- 17-01-2024, 16:04
- 597
Prezident İlham Əliyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah S. Seyidovun 60 yaşı tamam olacaq.