Əhəd Abıyevlə Alı Qocayev Yasamalın icra başçısı olmaq eşqində

Əhəd Abıyevlə Alı Qocayev Yasamalın icra başçısı olmaq eşqində Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısı postu boş qalıb
Daxil olan məlumata görə, paytaxtın bu böyük rayonuna icra başçısı təyin olunmayıb.
Amma yaxın günlərdə prezident sərəncamı olacağı bildirilir. Hələlik Yasamalın icra başçısının kim olacağı qeyri-müəyyəndir.
Lakin bəzi məmurların bu post uğrunda dəridən-qabıqdan çıxdığı, güclərini səfərbər etdiyi, resurslarını və himayəçilərini hərəkətləndirdiyi haqda iddialar var.
Bəzi məlumatlara görə, çoxdandır Bakı rayonlarından birinə başçı getmək eşqi ilə alışıb yanan Daşkəsənin icra başçısı Əhəd Abıyev və Samuxun icra hakimi Alı Qocayev çırmanıblar.
İddialara görə, Ə.Abıyev də, A.Qocayev də Yasamala icra başçısı getmək arzusundadırlar. A.Qocayev Samuxdan əvvəl Binəqədi rayon icra başçısı olub. Onun spiker Oqtay Əsədovla qohum olması sirr deyil.
Bu əlaqələrindən istifadə edən A.Qocayevin Yasamala icra başçısı getmək şansı var. Həm də onun hakimiyyət kluarlarında hörməti və nüfuzu az deyil. Ə.Abıyev isə bu istəyinə çatacağı arzusunda olsa da, şansları yüksək görünmür.
Daxil olan məlumata görə, Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyev vəzifəsindən kənarlaşdırılandan sonra ona heç yerdə iş verilməyib. Qocaman sabiq məmurun bundan sonra vəzifəyə gedəcəyi də gözlənilmir.
Hacı Cavad məscidinin özbaşına sökülməsinə qərar vermiş İbrahim Mehdiyevin Allah evinə qarşı bu münasibəti heç cür anlaşılan deyil.
Əvəzində isə Allah evini sökməyə qalxmış bir başçının adı 83 min dollarlıq mənzil fırıldağına qarışıb. O, qaçqının mənzildən çıxarılmasına göz yumub, vətəndaşlar məhkəmələrdə qalıb.
Yasamal sakini Günay Səfərlinin Yasamalın işdən qovulan icra başçısı İbrahim Mehdiyevin də adı qarışan dələduzluq əməlindən birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi şikayət məktubunda qeyd edilib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 3-cü kurs tələbəsi olan G.Səfərli birinci xanıma yazdığı məktubda ailələrinin üzləşdiyi qanunsuzluqlar və dövlət qurumlarının hərəkətsizliyi detallı şəkildə qeyd edib.
Bu hadisələrdən sonra Yasamala elə bir icra başçısı təyin olunmalıdır ki, reputasiyası sağlam olsun. Gələn xəbərlərə görə, gənc bir kadrın rayona rəhbər qoyulacağı gözlənilir. Baxmayaraq ki, bu post uğrunda mübarizə aparanlar da var.
Lakin məsələ prezidentin səlahiyyətindədir və qərarı da o verəcək. Yalnız bunu demək olar ki, hökumət komandanı yeniləyir, struktur və kadr islahatları sürətlə davam edir.
Geri qayıt