Yasamalın yeni icra başçısı kim olacaq? - İDDİA

Yasamalın yeni icra başçısı kim olacaq? - İDDİA Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.

Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal həm də son zamanlar ən qalmaqallı rayona çevrilib.

Bu rayon ərazisində son zamanlar baş tutan etiraz aksiyaları, əhalinin evinin sökülməsi və ən son Hacı Cavad Məscidinin icazəsiz söküntüsü İbrahim Mehdiyev üçün son hədd oldu və başçı Prezidentin sərəncamı ilə işdən çıxarıldı.

Məlumata görə, bu rayona adı qalmaqalda hallanmayan, mətbuatda haqqında neqativ yazılar getməyən məmurlardan biri təyin olunacaq.

İddiaya görə, Yasamal rayon icra hakimiyyətinin yeni başçısı Tahir Budaqov olacaq. Onun icra başçısı təcrübəsi olması şansını daha da artırır.

AZXEBER.COM
Geri qayıt