Mübariz Mənsimov: "Zəhra və anasının qatilləri cəzasız qalmamalıdır"

Mübariz Mənsimov: "Zəhra və anasının qatilləri cəzasız qalmamalıdır" Balaca Zəhra və anasının qatilləri cəzasız qalmamalıdır.

Bunu azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib.

O qeyd edib ki, 2 yaşlı Zəhra və anası Ermənistan ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib:

"Bu terror və faşizmdir. Dinc əhalinin hədəfə alınması əsla və əsla qəbuledilməzdir. Bunu bütün dünya görməli və bu hadisəyə susmamalıdır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Geri qayıt