MTN-nin müflis etdiyi iş adamı məhkəməni uddu: "Las Veqas işi"

MTN-nin müflis etdiyi iş adamı məhkəməni uddu: "Las Veqas işi" MTN çetesi tərəfindən müflis edilən iş adamı Maqsud Mahbudovla bağlı məhkəmə prosesi başa çatıb. Bu barədə sahibkarın özü məlumat verib:
"Bildiyiniz kimi Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə mənlə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin ("Las Veqas" restoranının) alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində mənim mülkiyyət hüququnun bərpası ilə bağlı qərar qəbul edib. Sabiq MTN-nin və "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamədən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğlu apellyasiya şikayətləri vermişdilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarili qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Sonrakı proseslərdə isə barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirdilərlər. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsində işləyirdi. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub. Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu vaxtilə Azad İsmayılova kömək edərək onun "Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak edib. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdi”.
Daha sonra Maqsud Mahmudov Ali Məhkəmənin hakimi Ənvər Şadıyevin rəhbərliyi ilə növbəti məhkəmə prosesinin yekunlaşdığını dedi: "Məhkəmə prosesi başa çatdı və mən qələbə qazandım. Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu kimi kadrların "zamanı” çoxdan keçib. Çox təəssüf edirəm ki, Cavid Quluzadə kimi adamlara görə yüzlərlə sahibkar mənim kimi müflis olub. Bunlar tamamilə çərçivələri aşaraq istənilən sahibkara qarşı təzyiqlər edirdilər. Lakin hər şey bitdi. Bu, sözün əsl mənasında ölkə rəhbərliyinin iradəsinin əyani nümunəsi idi. Tam əminliklə deyə bilərəm ki, ölkədə fəaliyyət göstərən sahibkarların əsas dayağı məhz Cənab Prezident İlham Əliyev və Vitse-prezident Mehriban xanım Əliyevadır. MTN çetesinin ifşa olunmasından sonra Cənab Prezidentin sahibkarlarla bağlı verdiyi tapşırıqların bugün real nəticələrini görürük. Mən xüsusi olaraq Ali Məhkəmənin bu prosesdə ortaya qoyduğu ədalətli iradənin şahidi oldum. Bu gün biz müstəqil dövlətimizin müstəqil məhkəməsinə tam şəkildə güvənə bilərik. Qoy ədalət hər zaman zəfər çalsın ”.

icmal.az
Geri qayıt