Siyavuş Novruzov: Seyidlik vəsiqə ilə keçmir

Siyavuş Novruzov: Seyidlik vəsiqə ilə keçmir “Dini məsələlərə mətbuat orqanları çox həssas yanaşmalıdır”.

Bunu Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, dinlə bağlı ehtiyatsızlıqdan istifadə edilmiş hər hansı bir söz cəmiyyətdə böyük əks-təsirə səbəb ola bilər.

“Mətbuatda son vaxtlar müzakirə olunan seyidliyin vəsiqə ilə keçməsi məsələsini bütünlüklə dinlə əlaqələndirməyə ehtiyac yoxdur. Seyidlik hansısa sənədlə verilən bir status deyil. Bu, irsiyyətlə bağlı olan bir məsələdir”, - deyə S.Novruzov qeyd edib.

femida.az
Geri qayıt