Ziya Məmmədovun MTN-ə və ermənilərə bulaşan şəriki həbsə gedir?

Ziya Məmmədovun MTN-ə və ermənilərə bulaşan şəriki həbsə gedir? Sabiq nəqliyyat naziri Ziya Məmmədovun sağ əli olmuş Qulam Ələkbərov həbs edilə bilər
Verilən xəbərdə iddia olunur ki, keçmiş nazirin yaxın dostu olan iş adamı Qulam Ələkbərovun vəziyyəti ürəkaçan deyil.
Bu, o Qulam Ələkbərovdur ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmdə paytaxt Bakı başda olmaqla ölkənin əsas yol və körpü tikitinsini həyata keçirib. Ancaq nazir vəzifədən getdikdən sonra onun da başı üstünü qara buludlar alıb.
Yaxın zamanlarda Qulam Ələkbərova verilən əmlakllar və biznes strukturları ondan alınacaq.
Vergi təftişi ilə həbsxana qapısının onu gözlədiyini görən, Qulam Ələkbərovun Ziya Məmmədova sədaqəti inandırıcı deyil.
Daxil olan xəbərdə deyilir ki, eks-nazirin Ukraynadakı biznesini idarə edən Q.Ələkbərovun burdakı işləri çökdürülür. Bu barədə şəxsən Ukrayna prezidentinin tapşırıq verdiyi iddia olunur.
Səbəb olaraq isə Ziya Məmmədovla Ukrayna prezidenti Petr Poroşenkonun əsas rəqiblərindən biri və Ukraynanın ən varlı oliqarxlarndan biri olan İqor Kolomoyski ilə biznes əlaqələrinin ortaya çıxmasıdır.
Qeyd edək ki, yəhudi əsilli ukraynalı milyarder “Maydan” inqilabının əsas təşkilatçılarından və mayliyyə mənbələrindən biri olub. O Ukraynanın əsas sənayə-maliyyə biznes qruplaşmalarından birir olan “Privat” qrupunun əsasını qoyub.
Bildirilir ki, Ziya Məmmədovun Ukraynadakı geniş biznesini uzun illər boyu Qulam Ələkbərov idarə edib. Bu həmin Qulam Ələkbərovdur ki, bir neçə ay əvvəl Haqqin.az saytı onun haqqında geniş məqalə ilə çıxış etmişdi.
Həmin məqalədə Ziya Məmmədovun biznes ortağı olan və nazirin ən çox güvəndiyi insanlar arasında ilk sıralarda yer alan Qulam Ələkbərovun Ukraynadakı erməni diasporasının aparıcı üzvləri ilə geniş biznes əlaqələrinə sahib olması vurğulanırdı.
Məqalədə göstərilirdi ki, Qulam Ələkbərovun əsas biznes şərikləri Aleksandr Karapetyan və Eduard Baqdasaryandır.
Qeyd edək ki, Dneprepetrovsk şəhər sovetinin deputatı olan Eduard Baqdasaryan Kolomoyskiyə və Korbana çox yaxın siyasətçi və biznesmen kimi tanınır. O həmçinin erməni diasporunun Ukraynadakı əsas simalarından biri kimii bilinməkdədir.
O da vurğulanır ki, Qulam Ələkbərovun Ziya Məmmədovun adamı olması ilə yanaşı MTN-dəki cinayətkar ünsürlərlə də yaxın münasibəti olub.
Xüsusilə, Qulam Ələkbərovun həbs olunan MTN generalı Akif Çovdarovla və “Akula” ləqəbli iş adamı, “MTN işi”ndən sonra Azərbaycandan qaçmağa müvəffəq olan Akif Mustafayevlə dostluq əlaqələrinin olduğu bildirilir.
Geri qayıt