Bakıda bağlanan yollar açıldı

Bakıda bağlanan yollar açıldı Zəfər Günü münasibətilə Bakıda keçirilən yürüşlə əlaqədar olaraq şəhər ərazisində hərəkətin məhdudlaşdırıldığı bütün yollarda hərəkət bərpa olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, tədbir zamanı yollarda təhlükəsizlik tam təmin olunub:

“Hava şəraitinin yağışlı olmasına baxmayaraq, yürüş əvvəlcədən planlaşdırıldığı qaydada və vaxtında başa çatıb. Artıq paytaxt ərazisindəki bütün yollar nəqliyyat üçün açıq vəziyyətə gətirilib. Yürüşün yüksək səviyyədə keçirilməsində göstərdikləri dəstəyə və anlayışa görə vətəndaşlara təşəkkür edirik. Tədbir təhlükəsiz şəraitdə başa çatıb”.


Geri qayıt