Fərhad Əliyev yenidən güc toplayır

Fərhad Əliyev yenidən güc toplayır Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycandakı biznesini genişləndirir.
Daxil olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən və investiya dəyəri 10 milyon dollar olan zavoddan başqa Fəhad Əliyev “Gilan Holding”ə məxsus “Tekstil” fabrikininə də sahiblənib.
Qeyd edək ki fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus fabrik ən müasir avadanlıqlarla təhciz olunsa da son illər işləmirdi. Fabrik hətta dövlət sifarişlərini yerinə yetirməkdən rəsmən imtina etmişdi. Müdafiə Nazirliyi başda olmaqla bir-neçə dövlət qurumu məcburiyyət qarşısında sifarişlərini xarici şirkətlərə vermişdi. Görünür elə bu səbəbdən siyasi hakimiyyətin qəzəbinə tuş gələn Kəmaləddin Heydərov bu şəkildə cəzalandırılıb.
Belə ki, Fərhad Əliyev nazir işlədiyi dövrdə Kəmaləddin Heydərovun nəzarətində olan monopoliyaya qarşı davamlı çıxışlar edirdi. Məhz bu səbəbdən Fərhad Əliyevin vurularaq həbs edildiyi bildirilirdi.
Məlumatda bildirilir ki, Fərhad Əliyev Sumqayıtda yerləşən tekstil fabrikini qısa müddət ərzində fəaliyyətini bərpa etmək niyyətindədir.
Xatırladaq ki, F.Əliyev, prezidentin 2013-cü ilin payızında – Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Ötən ilin sonlarında isə onun öz biznesini qardaş Türkiyəyə köçürdüyü və burada uzun illər əvvəldən münasibətləri olduğu, Türkiyənin hazırkı iqtidarının əsas fiquru olan Ərdoğanın himayəsinə sığındığı barədə məlumatlar yayılmışdı.

AzToday.az
Geri qayıt