Ziya Məmmədovun “zapravkaları” da əlindən alındı

Ziya Məmmədovun “zapravkaları” da əlindən alındı Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun əmlakının əlindən alınması prosesi davam edir.
Qeyd edək ki, Ziya Məmmədov hədəfə gələndən sonra səlahiyyətlərinin çox hissəsini itirməli oldu. Bu ilin fevralında isə Nəqliyyat Nazirliyinin ləğv olunması ilə sabiq nazirin xəzan dövrü başlayıb.
Lakin bununla da Ziya Məmmədov yaxasını rəqiblərinin əlindən qurtara bilmədi.
Belə ki, keçmişin nazir nəzarətində olan iri şirkətləri ard-arda itirdi. Mətbuatda isə onun digər əmlaklarının satışa çıxardığı barədə məlumatlar yayıldı.
Yeni məlumata görə isə, “vurulmuş” oliqarxa məxsus “İST Petrol” yanacaqdoldurma şəbəkəsi də artıq onun əlindən alınıb.

Azerbeycen.ORG
Geri qayıt