Adı Eldar Mahmudov işi və gəmi biznesində keçən məmur niyə qovuldu?

Adı Eldar Mahmudov işi və gəmi biznesində keçən məmur niyə qovuldu? "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov tutduğu vəzifədən azad olunub
Buna səbəb onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar olub.
Zamiq İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə "Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. Amma onun adı mətbuatda həmişə neqativ işlərdə hallanıb.
"Xəzər Dəniz Gəmiçilik” QSC rəhbərliyi oliqarxik klan qurub. Aydın Bəşirovun taladığı və yağmaladığı dövlət qurumu heç indi də etibarlı əllərə həvalə olunmayıbmış.
Mətbuat yazıb ki, QSC sədri Rauf Vəliyev, müavinləri Zamiq İsmayılov və Nəzrəddin Əhmədzadə XDG-dəki postundan istifadə etməklə biznes əlaqələri gücləndirib.
Belə ki, R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır.
R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır.
QSC-də müavin postunu tutan Z.İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub.
Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş.
Z.İsmayılovun həmin qohumu sayəsində gəmiçilik biznesində, bu məmur postundan sui-istifadə etməklə ticari işlərində hər hansı maneəsi yoxdur.
Görünür, adının MTN işində keçməsi aydınlaşıb və işdən azad edilib. Bu da yazdıqlarımızı təsdiqləyir ki, mahmudovçular postlardan təmizlənir.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən "Ran Shipping” və "Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi olub.
2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.
Geri qayıt