İlahiyyatçıdan eşşək əti "FƏTVASI": “Yeyə bilərsiz..”

İlahiyyatçıdan eşşək əti "FƏTVASI": “Yeyə bilərsiz..” Azərbaycanda bir sıra heyvanlarla yanaşı eşşək ətinin də yeyilməsi birmənalı olaraq qəbul edilmir.
Bəs, İslam dinində eşşət əti haram buyrulurmu?
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri danışıb. O vurğulayıb ki, Quranda haram buyrulan heyvan ətləri ilə bağlı məlumat var: "Amma bu məlumatlar arasında at və eşşək ətinin haram olması ilə bağlı heç nə qeyd olunmur. Quranda qadağa olmadığı üçün istənilən müsəlman eşşək və at ətini yeyə də bilər, yeməyə də. Bu məsələdə heç kimin zövqünü dəyişmək olmaz”.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda 5 min eşşəyin yoxa çıxması ilə bağlı məlumat dərc etmişdi. Apardığımız araşdırma zamanı məlum olub ki, onlar kəsilərək əti dönərxanalara, kolbasa sexlərinə təhvil verilib.

Unikal.org
Geri qayıt