"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR

"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 19-a təyin edilib.

N.İsmayılov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş tanınıb. Zərərçəkmişlər sırasında Əmanətlərin Sığortalanması Fondu və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var.
Geri qayıt