Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi

Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilb.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi hakim Məhəmməd Bağırovun icraatındadır. Sabiq icra başçısı və müavinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməliydi. Lakin iclas başlamadan yanvarın 29-na təxirə salınıb.

Külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərinə əsasən Ramiz Tatarov icra başçısının kabinetində müti görkəm alaraq yerli icra nümayəndələrindən yığdığı pulları ona təqdim edir, habelə “otkat” və digər korrupsiya məsələləri üzrə haqq-hesab aparırlar.
Geri qayıt